29.06.2022
28.06.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy şəhər 1 saylı Sənətkarlıq klubunda Heydər Əliyev Mərkəzi ,Mərkəzi Kitabxana , şəhər 1 və 2 saylı Sənətkarlıq klublarının birgə təşkilatçılığı ilə I və II Qarabağ Müharibəsi şəhidləri- Milli Qəhrəman Ənvər Fərəcovun, şəhid Yahuzər Bayramov, və şəhid Aqşin Quliyevin Anım Günü ilə əlaqədar “Şəhidlik zirvəsi uca zirvədir” mövzusunda dəyirmi masa keçirildi. Əvvəlcə xalqımızın azadlığı ,suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri Şəhər 1 saylı sənətkarlıq klubunun müdiri Nazilə Kazımova açaraq şəhidlik zirvəsi barədə ümumi məlumat verdi.Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva Azərbaycanın Milli Qəhrəmanı, Goranboy rayon şəhidləri Ənvər Fərəcov və Yahuzər Bayramovun,Mərkəzi Kitabxananın Abonement bölmə müdiri Gülnar Nəcəfova şəhid Aqşin Quliyevin həyatı və döyüş yolu barədə tədbir iştirakçılarına məlumat verdilər.Sonda şəhidlərimizdən ,igid oğullarımızın qəhrəmanlıqlarından bəhs edən şəkillərdən və kitablardan ibarət sərgiyə baxış keçirildi.